İceberg yaziları

Ədəbi tənqid


 

 

◊ Sonuncu vaqona minmə, ay kişi!

04.09.2016 19:25

Ilk öncə onu qeyd edim ki, mən metrodan istifadə etmirəm, yəni bu 30 illik həyatımda ola bilsin ki, 3 dəfə metroya minmişəm, ya yox. Mənim metroyla öz “münasibətim”, “xatirəm” var. O “ yeriyən” pilləkənlər məndə vahimə yaratdığı üçün onunla qarşılaşmaq ehtimalım olmasın deyə metrodan uzağam. Bunu nə üçün qeyd etdim? Əvvəlcədən özümü suğortalayıram, axı qadınların qoyun sürüsü kimi sonuncu vaqona təpişdirilməsinə etiraz edən qadına belə bir söz ünvanlayırlar: “Xoşun gəlir sürtünməkdən?” yəni mənim üçün fərqi yoxdur, bu “dəb” qüvəyyə minsə də, minməsə də. Amma ümumilikdə isə təstiq və inkar arasında fərq var. Son günlər ən çox bu mövzunun müzakirəsinə rast gəlirəm. Qadınlar metronun sonuncu vaqonuna minsin. Təsəvvür edin, 10 il sonra, bu aksiya artıq reallaşıb, möhkəmlənib, hopub bizim millətin canına, metrodasan, Bakıda ilk dəfə olan bir turist təəccüblə bir vaqona doluşan xanımlara baxır, bu vaxt üçüncü vaqona gənc bir qız daxil olur, əlində kitab bağlaması, yükünü güclə sürüyür, fikirləşir ki, iki stansiya sonra düşəcək, bu qədər adamı yarıb, sürtünüb, sonuncu vaqona getməsin, ətrafdan baxışları hiss edir, pıçıltılar, xısın gülüşlər, mənalı sözatmalar, ibarəli, öskürmələr, “Deyəsən burda qalmaq sərf edir, qalıb madam, haqqın verək” kimi reaksiyalar... və s, və i
Deyirsiz bu yazan ağ elədi! Olmaz elə şey, bizim cəmiyyət, bizim kişilər elə deyil axı. Elə isə o qadınların sonuncu vaqona niyə təpişdirildiyini xatırlayın. Xarici turist bu mənzərədən baş açmamışdıki, vaqona bir ailə daxil olur. Cavan qadın, cavan kişi, 3-4 yaşlı uşaq, tələsik müzakirə başlayır, “Oğlum, ata ilə qalırsan, ya ana ilə gedirsən?” uşaq mat-mat baxır, bir qərar verməyə macal tapmamış, kişi işarə verir, artıq lazımından da artıq qalmışdı qadın “kişi” vaqonunda, qadın tələsik sonuncu vaqona keçir. Gedərkən vaqonda sıxışıb qalmış bayaqkı qıza qəribə nəzərlərlə baxır, bu qız şir ürəyi yeyib? Bu vaqonda nə işi var?! Uşaq atasının əlindən çıxıb anasının arxasıyca qaçır, qatar sürətlə hərəkətdə olduğu üçün müvazinətini saxlaya bilməyib yerə yıxılır, kişi bir tərəfdən, qadın bir tərəfdən insanları aralayıb uşağa tərəf cumur, kişi iki vaqon keçməlidir, qadın isə uşağa daha yaxındır lakin “Kişi” vaqonondadır uşağı, qadın ora keçmir, orda “kişilər” var, onlara sürtünmək olmaz, qoy gözləsin, atası gəlib durğuzar, uşaqdır da ağlasın bir az... Bu vaxt turistin olduğu vaqonda səs-küy qopur” ay əmi, ay dayı, utanmırsan?! O təərəfdə boş yer var axı!”, “yaxşı qızsan burda nə gəzirsən?!” Çox şişirdilmiş vəziyyətdə təsir bağışladısa bu səhnə sizə, o zaman o qadınların sonuncu vaqona niyə təpişdirildiyini xatırlayın... Turist yanındakından soruşur, “o qadınlar niyə bir vaqonda sıxlaşıb elə?” yanındakı izah edir: “Bilirsən, sən elə sözdə, təqdimatda filan bizim elə qeyrət , namus deməyimizə baxma, biz bir metroda qadınları narahat edəcək qədər şərəfsizik hətta. Məsələ belədir də, biz bu vaqonlarda özümüzə,əlimizə, gözümüzə, daha nə bilim haramızasa sahib çıxa bilmədiyimiz üçün o qadınlar bir vaqona sıxlaşıb elə.“ Turist təəccüblə baxır və deyir, “elə isə kişilər yığışsında bir vaqona” Əhsən! Bu turist çox ağıllıdır, gəlin təzə aksiyaya başlayaq adın da qoyaq, ay oğraş, bu vaqona keç. .. Görəsən hansı kişi keçər ora? “Cinayət üstü” yaxalananların qolundan tutub ora fırladaq bəlkə? Çünki öz xoşu ilə heç kim boynuna almayacaq oğraş olduğun, sürtünəndə də bir bəhanə tapacaq. Amma bir millət olaraq, qadınlar üçün vəbalı insanlar kimi müəyyən ərazi yaratmaqla biz əslində necə binamus olduğumuzu boynumuza almış oluruq. Yəni bu qədər acizləşmişik? Bu qədər bivecləşmişik? Ay millət, kişi qadını narahat edirsə, kişini tərbiyə etmək lazımdır, qadını təcrid etmək yox!
Qadın –kişi məsələsində ilk səhv nə vaxt baş verdi, bilirsiz? Qadınları yad gözdən qorumaq üçün onlara qapanmaq əmr olunanda! Indi durub deyəcəklər ki, bunu yazan islama, dinə ağız büzür, qarşı gəlir. Amma o vaxtdan başladı bu fəlsəfə, qadınla baxırlarsa qapansın, heç kim demir ki, baxmasın! Heç kim demir ki, baxanın gözün çıxardaq! Gecə küçədə narahat edirlərsə, gecə küçəyə çıxmasın! Heç kim demir ki, narahat edilməsin, məktəbə gedəndə, işləyəndə, başqa şəhərdə tək qalanda başına min cür oyun gələ bilər, o zaman qızlar oxumasın, evdə otursun və s və i. O qadınların sonuncu vaqona niyə təpişdirildiyini xatırlayın... Birdəfəlik bilinməlidir ki, çarə qadını gizləməkdə, sakınmaqda deyil, çarə çürük beyinləri, əxlaqları dəyişməkdədir! Öz beyninizi dəyişməyə gücünüz çatmır, qadınlar üçün daha nələr icad edəcəksiniz? Sonuncu vaqona keçmə, ay qadın! Ona görə yox ki, o sonuncudur, sənə rəva görülən də son vaqondur, ona görə ki, bu gün bunu da qəbul eləsən sabah başqa şeylər icad edəcəklər, guya bunlar qadınları fikirləşir... Elə ilk mindiyin vaqonda qal və artıq-əskik hərəkət edəni də ifşa etməkdən çəkinmə! Siz isə qadınlara ərazi fikriləşməkdənsə, xəstə kişilərə dərman fikirləşin, o “ağıllı” beyninizi buna sərf edin!

Baxış: 59


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15056)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14529)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13834)
PLATONYA
platonyaadasi.kitabxana.net (8116)
Nəriman
sungurlar.kitabxana.net (4359)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə