İceberg yaziları

Ədəbi tənqid


 

 

◊ Da Vinçinin sirləri

18.08.2015 00:00

Leonardonun həyatı İtaliyada mədəniyyətin inkişafını yaşadığı bir dövrə təsadüf edirdi. 1452-ci ildə Vinçi qəsəbəsində dünyaya göz açan rəssamın ilk şanssızlığı məncə qeyri-qanuni doğulmağı idi. Bu status gələcəkdə onun ali təhsil almasına mane olmuşdu, çünki o dövrün İtalyan qanunlarına görə qeyri-qanuni doğulan uşaqlar universitetə qəbul ola bilməzdilər. Lakin bu dezavantaj ona mane olmadı ki o, Avropa İntibah dövrünün ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi, İtaliya İntibahının rəmzi sayılan "Universal İnsan"  tipinin ən parlaq nümayəndəsi olsun Hələ 14 yaşında olarkən alim Verokkiyanın yanına şagird gəlir və tibb, anatomiyanın ilk sirlərini ondan öyrənir. Lakin bir müddət sonra Leo öz müəllimini üstələyəcəkdi. Ömrünün ilkin illərində Florensiyada yaşayıb yaradan Da Vinçi sonralar ayrı-ayrı hökmdarların sarayalarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürür. Lakin heç kimin onun bu ixtiralarını başa düşmədiyini anlayıb bir müddət dərin məyusluğa qapılır. 1516-cı ildə Fransa kralı İ. Françiskadan dəvət alır və Fransaya köçərək ömürünün sonun qədər burada yaşayıb yaradır. Orta əsrlər intibahının saysız nümayəndələrindən biri olan Leonardonu bu qədər məşhurlaşdıran, Bir qayda olaraq bütün dövrlərin ən böyük rəssamı və çoxçeşidli qabiliyyətlərə malik ən istedadlı şəxsiyyəti kimi qəbul olunmasına səbəb nə idi bəs? Leonardoda elmə, yeni ixtiralara qarşı sonsuz həvəs, maraq var idi. Da Vinçi anatomiya, mühəndislik, optika və hidrodinamika elmlərini də mükəmməl səviyyədə bilmiş və bu elmlərin inkişafına böyük töhfələr vermişdir. Bütün bunlara bir də o dövrün rəssamın əl-ayağını bağladığını əlavə etsək da Vinçinin necə fədakarlıqla işlədiyini anlamış olarıq, çünki o zamanlar anatomiya ilə məşğul olmaq icazəli bir iş deyildi buna baxmayaraq ən çətin şərtlər altında da olsa Leo vaz keçmirdi. “Sadəcə damarların necə çalışdığını, anlaya bilmək üçün 10 dənə cəsədi açmaq məcburiyyətində qaldım.” Bu onun öz sözləridir. Mühəndis kimi isə o dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcəyi, olduqca mürəkkəb ixtiralar etmişdir. Onun vertolyot, tank, konsentrə edilmiş günəş enerjisi, kalkulyator, ikikorpuslu gəmi və s. mürrəkkəb texnologiyaları hələ XVI əsrdə konsepyalaşdırması və Plitələrin Tektonikası haqqında irəli sürdüyü ibtidai fikirlər onun sonsuz dühasından xəbər verir. Adlarını sadaladığımız konsepsiyaların əksəriyyəti sağlığında nəinki həyata keçirilmiş, hətta müasirləri tərəfindən qavranıla belə bilinməmişdir. Leonu müasir insanın heyrətinə səbəb ola biləcək nə etmişdi? Məsələ burasındadır ki, indi tank, dalğıc geyimi, vertalyot, paraşüt dediyimiz texnikalar hələ əsrlər əvvəl onun qaralama dəftərində ilkin ideya kimi şəklinin çəkildiyini görürük. Bu Leonardonun həmin texnikalar haqqında hansısa ideyalarının olduğundan xəbər verir. Əlbəttə ki, bu hamı tərəfindən aksiom kimi qəbul olunmur. Bəzi avropalı alimlər hələ Leonardodan əvvələr də inqilabçı kəşflərin olduğunu qeyd edərək Leonardonun sadəcə onlardan ilham aldığını qeyd edirlər. Bu Leonun qaralamasındakı məsələn uçuş modelinin qüsurlu və imkansız təsvir olunması əsas yaradır. Ola bilsin ki, Leonardo dəqiq mühəndis deyildi, amma söz ola bilməz ki, o dahi rəssam idi. Məni maraqlanıdran isə nə onun texniki modelləri, nə də rəssamlığıdır. Mövzum Leonardonun çəkdiyi rəsm əsərlərində gələcək nəsillərə göndərmək istədiyi mesajlardır. Təbii ki, əgər onlar varsa... Təəssüflər olsun ki, müasir günümüzə qədər dahi rəssamın yalnız 15 rəsm əsəri gəlib çıxmışdır. Lakin bu azsaylı rəsm əsərləri onun elmi diaqramlar, cizgilər və rəssamlığın nəzəri əsaslarına aid fikrilərinin əks olunduğu şəxsi əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu oynamışdır. Bütün zamanların haqqında ən çox danışılan bir adam,  intibah dövrünün əls siması, öz dövründən dəfələrlə qabağı görən, inkişaf edən sənətkar – rəssam, mühəndis, riyaziyyatçı, memar Leonardo Da Vinçi. Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz “Mona Liza” portreti və “Sonuncu şam yeməyi” əsəridir. Yalnız Mikelancelonun yaratdığı “Adəmin yaradılışı” əsəri bu iki əsərə bərabər tutulur. Da Vinçinin yaratdığı Vitruvian İnsan əsəri də bu kateqoriyalı rəsm əsərlərinə daxil edilir.   Lakin bu günə qədər heç bir rəsm əsəri da Vinçinin “Mona Liza” tablosu qədər elmin araşdırma mövzusu olmamışdır. İlk öncə rəsmdə təsvir olan qadının kimliyi mübahisə predmetidir. Tabloda təbii ki, bir qadın təsvir olunub, lakin bəzi mənbələr modelin qadın deyil də, bir kişi olduğunu, hətta rəssamın Soniel ləqəbini verdiyi şagirdi yeniyetmə oğlanın şəkli olduğu iddia edilir. Bəzi araşdırmaçılar isə bir az da irəli gedərək rəsmdə Leonardonun özünü təsvir etdiyini deyir, yəni özünün qadın formasını çəkib. Hətta buna dair sübut olaraq texnikanın köməyindən belə istifadə edirlər. Da Vinçinin əsərlərini analiz edənlər ilk olaraq dini aspektən yanaşırlar. Belə ki, əfsanəyə görə İsa peyğəmbər maqdalalı Məryəm deyilən qadınla evlənmiş və ondan bir qızı olmuşdur. İsa öləndən sonra Məryəm qızını götürərək Fransanın şərqinə qaçmış və daha sonralar  Fransanın ilk taxt-tacının sahibləri də məhz bu soydan olan insanlardır. Başqa sözlə İsanın soyu hələ də davam edir bu barədə müqəddəs kitabda yazılıb. Digər tərəfdən bu nəslin davamçılarını qorumaq məqsədilə “Sion” adlanan cəmiyyət yaradılır, bir çox seçilmiş şəxsiyyətlər kimi Leonrdo da Vinçi də bu cəmiyyətin üzvlərindən biri olub, bu sirri bilən az saylı insanlardan biridir. Sirri ifşa etmək mümkün deyildi, çünki  Vatikan buna kəskin etiraz edirdi, axı Məryəm o qəsəbədə sadəcə yüngül həyat tərzi keçirən bir qadın idi və müqəddəs İsanın məhz belə bir qadından soyunu  davam etməsi fikri xristianlıq dünyası üçün böyük təhqir hesab olunurdu. Eyni zamanda Məryəm İsanın sadəcə arvadı deyil xələfi də sayılırdı. Ona görə də Leonardo bu barədə gizli şəkildə, şifrəli olaraq gələcək nəsillərə ötürmək qərarına gəlir. Özünün məşhur tablolarında incə işarələrlə Məryəmlə İsanın münasibətlərinin olduğuna eyham vurur. Hər halda bəzi yazılı mənbələrdə Sion təriqətini üzvlərinin siyahısı tapılıb və o siyahıda rəssamın adı var...   Konkret olaraq Mona Lizada bu barədə nə var? Məlum olduğu üzrə əlyazmaları yalnız güzgü ilə oxunula bilinirdi rəssamın, bu fakt tədqiqatçılara onun tablolarına da məhz güzgü ilə baxmaq ideyasını yaradır. Nəticədə ortaya çox maraqlı görüntülər çıxır. İlk görüntüdə sadəcə incə və sirli təbəssümlü qadının yerini güzgü və texnikanın köməyindən sonra İsa olduğu fərz edilən insan əvəz edir. Maraqlı burasındadır ki, xoşbəxtlikdən ya bədbəxtlikdən Mona Lizanı istənilən sahə üzrə analiz edirlərsə o bu analizlərlə nəyəsə cavab verir. Bu coğrafiya, astronomiya, həndəsə, fəlsəfə, din və s və i. Ola bilər. Rəsm əsərin diqqətlə araşdıran alimlər qadının sağ gözünün içində L, sol gözündə isə S hərflərinin olduğunu iddia edir. Böyük ehtimalla L hərfi ilə öz adına işarə etmişdir, bəs S? onun şagirdi Sonielin şərəfinə yazdığını düşünənlər də var L və S hərflərinə tablonun adı tərəfdən də yanaşmaq lazımdır məncə. Liza orjinal dildə Lisa kimi yazılır Li və Sa  birləşmə olaraq hansısa sözlərin ifadəsi ola bilər. Digər tərəfdən sion təriqətinin üzvlərindən biri olduğu deyilən leonardo  L və S hərflərini özünü o təriqət üzvu olduğuna işarə edir.     Amerikalı rəssam və grafik ustası Ron Piccirillo, Da Vinçinin 1519 tarixli Mona Lisa tablosunu yan çevirəndə rəsimdə aslan, meymun və ; 45 dərəcə çevirəndə isə Mona Lisanın ürəyinin  ətrafında bir ilan figuru gizləndiyini fərq etdi. Piccirillo, Da Vinçinin gündəliyində qısqanclıqla bağlı yazdığı "qadının qəlbini qabaran bir ilan kimi gəmirir" və "qadına bir pələng dərisi verir, çünki bu məxluq, qısqanclıqdan aslanı aldadaraq öldürər' cümlələrinin əsasında Mona Lisa rəsmini açıqlamaq üçün ifade etdiyini iddia etdi.  Mona Lisa ilə bağlı edilən hər kəşf, əvəzində cavablanması yüz illər ala biləcək bambaşqa sirli suallar yaradır.   Leonardonun digər məşhur rəsm əsəri isə “ Sonuncu şam yeməyi”dir. Bu tablo 1495-98-ci illər arasında ərsəyə gəlmişdir və İtaliyanın Milan şəhərindəki Santa Mariya della Qrasiya monastırının yemək otağının arxa divarında çəkilmişdir. Rəsm əsərinin mövzusu Yəhya İncilində 13:21 təsvir edilmiş İsanın sonuncu şam yeməyi mövzusundan götürülmüşdür. Bu şam yeməyi zamanı İsa on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirmişdi. Lakin incildə haqqında danışılan və o gecə süfrədə İsanın əlində olması gərəkən müqəddəs kuzə tabloda görünmür. Bəs hanı kuzə? Tədqiqatçı Slavisa Pescinin araşdırmalarına görə Leonardonun çəkdiyi əsərin orijinal təsvirinin üstünə, onun güzgüdəki əksinin təsviri yerləşdirildikdə inanılmaz görüntü – sol tərəfdə Maqdalalı Məryəm (həvari İoann) obrazının arxasında Məbəd Cəngavəri, qucağında bələkdə olan uşaq və İsanın qabağında Müqəddəs Kuzə görüntüsü ortaya çıxır. Da Vinçinin orijinal yazı üslubunun da məhz güzgüylə oxunduğu nəzərə alındıqda bu fikrin olduqca maraqlı görünür. Digər tərəfdən  1997–ci ildə nəşr edilmiş "The Templar Revelation" və,  Den Braunun 2003–cü ildə nəşr edilmiş məşhur "The Da Vinci Code" əsərindən sonra rəsmdə İsadan sağda olan obrazın İoann deyil məhz Maqdalalı Məryəm olması fikri yaranır . yuxarıda da qeyd etdiyim kimi kilsənin İsayla Məryəmlə olan münasibət ehtimalını birmənalı şəkildə rədd etdiyinə görə rəssam buna işarələrlə münasibət bildirir və onların arasında həndəsi xətləri nəzərə aldıqda ortaya V şəklində xətt çıxır.  Leonradoya görə bu fiqur qadını ifadə edirdi. Əlavə olaraq Məryəmin duruş şəkli ona cazə verir ki, o, İsanın sağından soluna keçərsə başını onun çiyninə qoymuş kimi görünsün. Bu şəkilləri mən qeyri-peşəkarlığla hazırlamışam, amma xüsusi proqramlarda bu görüntülər daha dəqiq alınır. “Müqəddəs Con” əsərində isə güzgü ilə baxıldıqda Adəm və Həvvanın cənnət bağçasında göstərən bir fiqur, “Bakirə və uşaq” rəsmində isə Yəhudi Allahı Yehov Vatikan tacı ilə təsvir olunmuş kimi görünür, təbii ki, güzgü ilə baxıldıqda. Mən yalnız Leonardo Da Vinçinin bəzi əsərlərindən misal çəkdim. Rəssamın digər rəsm əsərlərini isə hər kəs öz ixtiyarında incələyə bilər. Bu şəkilləri mən qeyri-peşəkarlığla hazırlamışam, amma xüsusi proqramlarda bu görüntülər daha dəqiq alınır. “Müqəddəs Con” əsərində isə güzgü ilə baxıldıqda Adəm və Həvvanın cənnət bağçasında göstərən bir fiqur, “Bakirə və uşaq” rəsmində isə Yəhudi Allahı Yehov Vatikan tacı ilə təsvir olunmuş kimi görünür, təbii ki, güzgü ilə baxıldıqda. Mən yalnız Leonardo Da Vinçinin bəzi əsərlərindən misal çəkdim. Rəssamın digər rəsm əsərlərini isə hər kəs öz ixtiyarında incələyə bilər. Şəkilli məqalə bu linkdə : http://qadin.net/index.php?newsid=43349  

Baxış: 241


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15052)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14529)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13834)
PLATONYA
platonyaadasi.kitabxana.net (8116)
Nəriman
sungurlar.kitabxana.net (4359)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə