İceberg yaziları

Ədəbi tənqid


 

 

◊ "Gürcü familiyası"

17.08.2015 23:46

Eyni cümləni dönə-dönə oxuyursan, eyni səhifəni dönə-dönə vərəqləyirsən, eyni xatirəni dönə-dönə xatırlayırsan, təkrar gülürsən, təkrar ağlayırsan eyni şeylərə. Çünki yenisi yoxdu. Çünki sən yeniliyə qapamısan özünü. Atacağın hər yeni addım keçmişinə xəyanət kimi gəlir sənə. Keçmişi keçmiş yerində buraxmamısan çünki, o daim səninlədir, qopa bilmirsən ondan. Məhz ona görə də onu daim yanında hiss edib yeni bir addım atmırsan. Halbuki, səninlə olan heç nə yoxdur.
Bəlkə də kimlərsə fikirləşə bilər ki, keçmişi unutmamağın nəyi pisdir? Əlbəttə ki, özü-özlüyündə unutmamaq yaxşıdır, amma əgər o keçmiş sənin ayağlarına zəncir olubsa? Addım atmağa qoymursa? Keçmişdə ağlamısan deyə indi gülməyə cəsarət etmirsənsə? Keçmiş sənin təkliyini xatırladıb indi qoşalaşmağına mane olursa? O keçmişin ucbatından gələcəyi fikirləşmirsən, bu gününü hiss etmirsən. Bu günündən ləzzət almırsan. Heç nəyi doya-doya yaşa bilmirsən. Elə hey bir tərəfin əskik, bir tərəfin yaralı, qırıq hiss edirsən özünü. Ən xoşbəxt anlarda belə o xain, iblis keçmiş sənə özünü xatırladır və susursan, sadəcə susursan... Belə keçmişdən xilas olmaq üçün insana sözün əsl mənasında mənəvi zəlzələ lazımdır... 

Anarın “Gürcü familiyası” hekayəsini ilk dəfə oxuyanda yeniyetmə idim, haradasa 15-16 yaşıma olardı. O zaman hiss etdim ki, bu əsərdə nə isə çatışmır. Yəni sevgi balladası deyil, məhəbbət dastanı heç deyil. Nəyinsə niskili var idi. Bu günlərdə o hekayəni təkrar oxudum və başa düşdüm ki, o əsərdə keçmişin niskili var. Qəhrəman sevgidən deyil, keçmişindən qopa bilmir. Daha doğrusu hadisənin cərəyan etdiyi o günə qədər qopa bilmirdi. Məhz həmin gün, ad günündən bir gün əvvəl onu ziyarətə gəlmiş ilk sevgisi ilə keçirdiyi bir günün sabahında o yenidən doğulur, keçmişini isə özü ilə bərabər daşımır növbəti yaşına, onu köhnə yaşında, köhnə, niskil, həsrət, bütün yaşanmamışların ağrısı olan illərində, keçmişində buraxır. Əsmər də keçmişinə bağlılıqda heç də Oqtaydan geri qalmır, baxmayaraq ki, öz seçimi ilə ailə qurub, xoşbəxt görünür, onun maddi cəhətdən imkanları çox geniş olan, vəzifə sahibi əri, qızı, geniş çevrəsi, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Lakin bu, ilk baxışdan adama elə gəlir, əslində isə Əsmər həyatda öz yerini tapa bilməyən milyonlarla insanın arasında tənha olan bir qadındır. İstər Əsmər olsun, istərsə də Oqtay, nəhayət, başa düşürlər ki, keçmişlə yaşamaq olmaz, gənclikdə hiss etdikləri duyğuları yenidən qaytarmaq iqtidarında deyillər. Oqtay da Əsmərlə keçirdiyi bütöv bir gündən sonra başa düşür ki, onlar artıq bir-birlərinə lazım deyillər. Keçmiş sadəcə əlçatmaz olduğu üçün sevgi təəssüratını yaradıb, onun gələcəyi olmalıdır, gələcəyə dair planları, işgüzar həvəsi, həyat eşqi, yaşamaq marağı bütün bunlar bir insanın məqsədi olmalıdır. Əsər başdan-başa nostalji hisslərin tərənnümüdür. O dövrün Bakısı, insanları, həyatı, əhval-ruhiyyəsi geniş şəkildə öz əksini tapmışdır. 
Anarın “Gürcü familiyası” hekayəsinin motivləri əsasında 1971-ci ildə “Gün keçdi” adlı film çəkilib.


Baxış: 192


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15047)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14529)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13834)
PLATONYA
platonyaadasi.kitabxana.net (8116)
Nəriman
sungurlar.kitabxana.net (4359)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə