İceberg yaziları

Ədəbi tənqid


 

 

◊ Sevgi iksiri-Puşkin və Natalya

04.05.2015 23:05

Puşkin və Natalya münasibətlərində, daha doğrusu Puşkinin ölümündə dünya indiyə qədər ikiyə bölünüb: Natalyanı günahkar bilənlər, Natalyanı qurban bilənlər. Əsl cavabı isə yəqin ki heç vaxt heç kim bilməyib, bilməyəcək də... Ilk öncə onlarının ikisinin də formalaşdığı mühitə, aldıqları tərbiyəyə, həyatdakı ideallarına, məqsədlərinə və evlənərkən gözlədikləri mənfəətlərə nəzər salmaq lazımdır, nəticəni isə hər kəs müstəqil fikrinə görə verər... Hamıya məlum olduğu kimi Aleksandr soyu afrika zəncilərindən gələn əsil-nəcabətli ailəyə mənsub idi. Valideyinləri başlarını ziyafətlərə, qonaqlığlara, şan-şöhrətə o qədər qarışdırmışdılar ki, övladlarına vaxt ayırmırdılar belə. Puşkinin uşaqlığından yaddaşına hopan təkcə nənəsi və dayəsinin ona aşıladıqları sevgi deyil, eyni zamanda anasının sərt tərbiyə üsulu, cəza tədbirləri, əllərini bağlayıb ac-susuz saxlaması səhnələri idi. Qarşı gələ bilmədiyi bu tiranlıqdan formalaşan kin, nifrət, cəzalandırmaq istəyi, alçatmaq arzusu Puşkinə anasından qalan genetik bir miras idi, hansı ki gələcəkdə həyatında olan, qarşılaşdığı bütün qadınılara cırıq əski kimi yanaşmasına təkan verəcəkdi. Içində yığılıb qalan və anasına tökə bilmədiyi bütün acığını münasibət qurduğu xanımlara axıdacaqdı. Ya sözləri, ya hərəkətləri, ya da sadəcə saymazyanlığı, adam yerinə qomamağı ilə o hər zaman bir üsul tapırdı ki, hiss etdirsin onun üçün necə ucuz bir varlıq olduqlarını. Dilində gözəl sözlər düşmədiyi an tərifləri, ən gözəl şeirləri yazdığı vaxt, estetik gözəlliyi tərənnüm etdiyi vaxt, səmimi, saf hislərdən söhbət açdığı vaxt belə şairin beynində yanlız bir fikir dolaşırdı: necə etsin ki, çox vaxt sərf etmədən bu qadını yatağa çəksin. Bu “ucuz” qadınlardan biri vaxt gələcək Puşkinin iztehzalı, aşağılayıcı rəftarının qisasını alacaqdı həm də ən sərt şəkildə, ən zəif yerindən vuraraq... Natallya da Puşkin kimi seçilən ailədə böyümüşdü. Anasının sərt tərbiyəsi, tiranlıq kölgəsi onu hər zaman qarabaqara izləmişdi. Bütün bunlar onu rus cəmiyyətini ən seçilən simalarından biri olmasına mane olmadı. Puşkin onunla qarşılaşanda artıq evlənməyi qarşısına məqsəd qoymuşdu. Yaş keçirdi. Bir neçə yerə eçli düşsə də müsbət cavab ala bilməmişdi. Natalyanı görəndə isə bu məqsəd daha da möhkəmlənir. Natalyanın üstünlüyü nədə idi? Ilk növbədə təbii ki, gözəlliyi. Nəcibliyi, əsaləti, təmkini və zadəganlığı. Rus mənbələrində qeyd olunur ki, toyun ilk günü səhər qadın gözlərini açanda özünü otaqda tək görür. Qonaq otağında isə Puşkin və dostlarının şən qəhqəhəsi eşidilirdi. Deməli səhərin gözü açılmamış yenə içki və qumar məclisi qurulmuşdu. Natalya paltarları olmadığına görə otaqdan çıxa bilməmişdi, və eləcə saatlarla səbrlə kiminsə otağa girəcəyini gözləmişdi. Bu onun soyuqqanlı təmkinindən xəbər verirdi və müsbət keyfiyyət kimi qeyd olunurdu. Lakin Natalya ev sahibəsi kimi çox təmbəl və pinti idi. Bəlkə də bu sadəcə onun 6 il ərzində dörd dəfə ana olmasından qaynaqlanırdı. Hər nə səbəbdənsə şair arvadının həyəcansız, soyuqqanlı münasibətindən hər zaman narazı olmuşdu. Lakin Puşkin Natalya münasibətinin ən önəmli sualı bu idi: Natalya niyə Puşkinə ərə getdi? Doğurdan da Puşkində Natalyanı özünə çəkən nə var idi? Şair zəngin deyildi, hətta demək olardı ki, kasıb idi. Gözəllik desən, Aleksandrın bir az meymuna, bəbirə, və tülküyə oxşayan cizgiləri, səliqəsiz buruq, seyrək saçları, cılız bədəni üçün bunu söyləmək absurd olardı. Mənə elə gəlir ki, buna bir az da gənc qızın yaş dövrü ilə əlaqələndirmək olar, çünki Puşkin o zaman bütün rus cəmiyyəti üçün canlı əfsanə səviyyəsində məşhur idi. Hər nə qədər rus ədəbi qaynaqlarında bu versiya Natalyanın özünün də şöhrətə sahib olduğu məntiqi ilə rədd edilsə də məncə əsas səbəb məhz bu idi. Natalya əlbəttə ki,  məhşur idi amma sadəcə parıltılı baloların əsas siması kimi. Onun ətrafı boşboğaz bəylər, ədalı xanımlardan o yana keçmirdi. Puşkin isə fərqli idi, yaşda özündən xeyli böyük olan, çox görmüş, götürmüş çılğın şair Natalya üçün maraq obyekti ola bilərdi. Baxmayaraq ki, bütün mənbələr Natalyanın üzündəki soyuq ifadədən, onun Puşkinə ümumiyyətlə hansısa hissinin mövcud olduğunu şübhə altına alır. Əlbəttə ki, qızın hansısa bir mənfəəti, məqsədi var idi Puşkinə ərə gətməkdə amma nə?? Yoxsa sadəcə canının tiraniça anasından qurtarmaq istəyi kimi bəsit bir səbəbmi? Bəlkə Natalya poeziyanın sehrinə düşmüşdü? Bəlkə o sadəcə şairə deyil, şeirlərə, incə hislərə, bənzərsiz poeziyaya vurulmuşdu? Axı Natalya da şeir yazırdı. Bəli, bu gözəl qız sadəcə gözəl qaməti, üz cizgiləri ilə deyil eyni zamanda bacarıqlı şahmat ustası olmağı ilə də müasirlərinin diqqətini çəkmişdi. Tarixə isə o sadəcə Puşkinin ölüm səbəbkarı kimi düşüb.. Dəqiq olan bir məlumat var: Puşkin Natalyanı görən kimi aşiq olmuşdu. Özünün bütün şair ruhu ilə bu hislərə qapılan Aleksandr dahi intiusiyası ilə bu sevginin ona yaxşı nələrsə vəd etmədiyini də hiss etmişdi,gələcək qaynanasına yazırdı: “ Əgər o mənə ərə gəlməyə razı olsa belə, mən bu qərarın onun sakit qəlbinin soyuqqanlılığından qaynaqlandığını fikirləşəcəm. Sonradan tərəddüd keçirməyəcəkmi? Mənə yalançı, fürsətçi bir insan kimi yanaşmayacaqmı? Məndən uzaqlaşmayacaqmı? Bir Allah şahiddir...mən onun uğrunda ölməyə hazıram, yanlız ona görə ki, o azad olub təzədən xoşbəxt ailə qura bilsin” Puşkin möhvumatçı idi. Nigah günü baş verən hadisələr ( xaçın sınması, şamın sönməsi, üzüyün yerə düşməsi) bəlkə də sadəcə təsadüf idi lakin şair bütün bunlara görə daxili böhran keçirirdi. Bütün bunlara baxmayaraq nigah qıyıldı. Puşkin bir an belə olsun arvadının sədaqətindən şübhə etmirdi. O yazırdı: “mənim arvadım mələkdir, onunla yaşadığım hər gün bu mələyə sevgim daha da artır. Təmiz, qayğıkeş qəlbi ilə o,  tanrı qarşısında məsumdur.” Lakin elə bu məktubdaca həyəcan təbili hiss olunur, bu həyəcan Natalya ilə bağlı deyildi, məhz şairin özü ilə, özünə qarşı olan inamsızlığı ilə bağlı idi. Puşkinin etibarı həqiqətən təhlükə altında idi. Puşkin nə qədər güclü, şöhrətli olsa da çarla müqaisədə zəif idi. Bəli, cəmiyətdə çarın Natalyaya olan “səmimi” hissləri pıçıldaşılırdı. Görünür şair çardan yığdığı hikkəsini Dantesə boşaltmaq istədi. Mənim üçün bu tale üçbucağında Dantesin rolu, məqsədi həqiqətən maraqlıdır. Dantes hərbçi idi. Farnsadan gəlmişdi və Rusiyada mövcudluğu hər an sonlana bilərdi. Üstəlik böyük rus şairi ilə duelə çıxmaq, onu ölümcül yaralamaq, ölümünə səbəb olmaq, bütün rusiya, bütün dünya puşkinsevərlərinin qəzəbinə obyekt olamaq Dantesin nəyinə lazım idi? Inanmaq olmur ki, Dantes kimi iddialı, qürurlu bir gənc bütün keryerasını, taleyini bir qadın uğruna məhv etsin. Əslində isə Dantes burda sadəcə bir fiqur idi. Baş rolda isə onun əmisi oğlu Darşiak oynayırdı. Puşkinə ən zəif yerindən vurmaq istəyən qüvvələr məhz Darşiak vasitəsilə anonim məktubları yazır, Danteslə Natalyanın münasibətləri olması haqda şayələr buraxırdılar. Dantes Natalyanın həyatında elə bir vaxtda peyda olmuşdu ki, qadın evlilik həyatının verdiyi cansıxıcı hisslərlə boğuşurdu. Dantesin hisslərinə cavab vermişdimi? Bu bir az şübhə doğurur. Dantes onun bacısı ilə nişanlı idi artıq. Lakin pıçıltı ilə gəzən şayələr bomba kimi partamağa hazır dayanmışdı sanki. Bu bombanı vaxtilə Puşkinin sevgilisi olmuş, onun tərəfindən təhqir olunmuş, “Pozğun” adlandırılmış bir qadın tərəfindən partladıldı. Özünü alçaldılmış hiss edən Puşkin Dantesi duelə çağırmağdan başqa əlac görmürdü. Puşkin dueldən yaralı qayıdıb evdə arvadı ilə qarşılaşanda bu sözləri demişdi : “ mən çox sevinirəm ki, səni yenidən görə bildim. Hər nə olursa olsun, sən özünü heç nədə günahkar bilmə və qəti əmin ol ki, bu sənin günahın deyil...”   Natalya Qonçarova dul qaldığdan iki il sonra təzədən ərə gedir, bu dəfəki əri üçün üç uşaq doğur və 51 yaşında vəfat edir. Dantes fransaya qayıdır , karyerasını orada davam etdirir. Itirən isə bütün dünya ədəbiyyatı, dünya poeziyası olur. Nə səbəbdən? Bu suala cavab vermək hər kəsin öz ixtiyarındadır. 

Baxış: 237


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15053)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14529)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13834)
PLATONYA
platonyaadasi.kitabxana.net (8116)
Nəriman
sungurlar.kitabxana.net (4359)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə