İceberg yaziları

Ədəbi tənqid


 

 

◊ Kişilər və heyvanlar

11.12.2014 22:49

Qoyun:Bu tip kişilər cavanlıqlarında sevimlidirlər.Sənə şeir oxuyar,sevgi sözlərilə ağzının suyunu axıdar.Vay o gündən ki,xanım bu tip sözlərə allergiyalı olsun, bax, onda lap zəhlətökən görünəcək gözünə.Amma təkrar edirəm - cavanlıqda.Cavanlığında tam mənası ilə quzu kimi olan bu kişilər ki bir az yaşlandı, bax, onda səhərdən-axşama qədər gövşəyən qoca qoyundan seçilməyəcək.Cavanlığında nə qədər həlim idisə, qocalığında bir o qədər dözülməz və deyingən olacaq.Əgər cavanlıqda sən ondan istifadə etmisənsə, bunun beşqat artıq əvəzini çıxmağa cəhd edəcək,amma yaş ,şərait və zaman baxımından bunun mümkünsüzlüyünü başa düşüb daha da dözülməz olacaq.Hər addımında səni haqsız çıxartmağa çalışacaq və sən adətən ondan bu sözləri eşidə bilərsən: "Bütün cavanlığımı,ömrümü sənə (Ən yaxşı halda "boşa")qurban vermişəm!"  Xoruz:
Bu tip kişilər təkcə toyuqların yanında xoruzlana bilərlər (Qadınlar bağışlasın məni, amma müdriklərin ”Yüz qadın ağlı bir toyuq ağlı qədərdir” deməsi məndən əvvəl də qadınların toyuqlarla müqaisə olunduğundan xəbər verir). Başqa yerlərdə isə elə xoruzdurlar ki var. Belələrini sən virtualda monitor arxasından kişilənən görərsən.Belələrini sən qadına söyüş söyəndə görərsən. Beləsi  dar ayaqda səni oğlanların əhatəsində qoyub, başın götürüb aradan cıxar. Beləsi nifrətə dəyməz. Heyfdir. O yox ha, nifrət heyfdir. Beləsinə yanlız yazığın gəlməlidir.O, əsgərlikdən və həbsxanadan çox qorxar. Haqsız da sayılmaz, çünki alnına yazılıb sanki - əsgərlikdə ayaqyolu yuyar, həbsxanada isə....Nə isə, xoruz ki, xoruz...  Çaqqal:
Bunlara Türk dilində bir az yumşaldıcı ifadəylə ”aptal aşık” deyilir. O, bütün ömrü boyu sevgiylə,məhəbbətiylə heç kimə - nə özünə, nə də cəmiyyətə lazım olmayan, xeyir gətirməyən mərhəmətiylə seçilər.İfrat mərhəməti ilə. Xoruzlar da dar ayaqda yaltaqlanar sənə, amma çaqqal kimi kişilər bunu ürəkdən,səmimi-qəlbdən edər.Onu buraxın elə səhərdən-axşamacan çaqqal kimi ulasın həsrət dolu səsiylə.O həbsə düşsə, dəmir barmaqlıqlar arasından güclə sezilən işığa baxıb azadlıq balladaları yazar.O, əsgərlikdə şeir yaza-yaza kartof soyar və bundan ləzzət alar.Onda prinsip, irəli getmək, yuxarı çıxmaq kimi ehtiraslar olmaz. O, özündən büyuklərə "qardaş", özündən kiçiklərə "qaqaş" deyər.”Razborkalar” onluq deyil. Ona görə yox ki, qorxur, yox. Sadəcə ona görə ki, o, müharibələrin əleyhinədir,sülh tərəfdarıdır.O, kişi-qadın münasibətlərinin mübahisəsində həmişə qadınlara haqq qazandırar.O, bütün ruhu ilə saf məhəbbətin mövcudluğuna inanar və özünü həsrətli aşiq rolunda görməyi xoşlayar.O belələrindəndir ki,fikirləşər: ”Təki sən xoşbəxt ol, mən geri çəkilirəm”. Və "Kiminsə xoşbəxtliyini yaratmışam" kimi cəfəng fikir onun yaşama stimulunu daha da artırar.Beləsi heç vaxt pərt olmaz.Çox böyük məmnuniyyətlə durub yerini sənə verər.Sən ona virtualda rast gəlsən sənə yazar: "Xanım qız,narahat etmirəm ki?Olar sizinlə SƏMİMİ söhbət edək?" ”Səmimi” sözü onun ən çox işlətdiyi söz olar və o, həqiqətən də inanar ki, səmimiyyət deyilən bir anlayış var.Beləsi məktəbi qurtaranda ona verilən xatirə dəftərlərini çox böyük məmnuniyyətlə yazar,hələ üstəlik içinə qızılgül ləçəkləri də qoyar.Onun virtual şəxsiyyət vəsiqəsində “o sebe”də belə yazılar: ”Sadə və səmimi” Beləsinə xalq arasında həm də ”qaz” deyilir.Amma mən düşündüm ki, çaqqal daha abırlıdır.  İt:
Həə, bax, bu başqa məsələ.Beləsi düzgün cəmiyyətdə inkişaf eləsə,düzgün ailədə tərbiyə alsa, bəlkə də ondan nəsə alınar. O sədaqətlidir.Hər adama dost deməz, amma dost dediyinin ana-bacısı onun da ana-bacısı sayılar.Lakin bu ana-bacı siyahısı onun üçun nədənsə çox qısadır. Qalan qadınlar-qızlar onun üçun.... Belələri adətən vətənpərvər olurlar, amma bu hisslərini çox vaxt heç kimə hiss etdirmirlər.Onlar küskün və ümidsizdirlər.Hər eybəcərliyi görər, amma eybəcərliyi dilinə gətirməz. Çünki mənasız olduğunu dərk edər.Onlar özlərinə və cəmiyyətə qarşı inamsız olurlar. Onlar üçün 3 nöqtə və vergül yoxdur.Onlar üçün nida işarəsi var, vəssalam.Onlar sevginin mövcudluğuna inanır, amma “Bu məmləkətdə sevgi pak olmaz”  düşünər.Düşünür ki, heç vaxt ona pak məhəbbət rast gəlməz , “Nə vaxtsa olub, indi yoxdur” fikirləşir.Onların gözündə cəmiyyət get-gedə daha da çirkinləşir,əxlaq yoxa çıxır,din,hörmət əldən gedir.Bunların olmaması üçün heç bir addım atmır. Beləsi yalnız özündə olan hisslərə inanır, ”Yalnız mən düzəm,başqaları hamısı yalançı,xəyanətkar,satqın,əxlaqsızdırlar” düşünər və insanlardan uzaq qaçar.Xüsusən də xanımlardan.Onların qız dostu olmaz, ”Qızla oğlan ya düşmən olar, ya sevgili” fəlsəfəsi onlara xasdır.Onlar heç vaxt hərəkət etməz,həmişə fikirləşər,hər şeyi qara rəngdə görər.Nə vaxtsa hər şeyin düzələcəyi fikri onlara tamamilə ziddir.Onlar nə əsgərlikdən qorxar, nə də ki həbsxanadan. Onların içindəki istehza bütün hisslərini üstələyər.Xüsusən qızlara qarşı.Qadınlar onlar üçün şarlatandan başqa bir şey deyil. ”Heç biri bir zibil deyil!” Onların qızlar haqqında fikirləşdiyi budur.Adətən haqlı olurlar, amma bir şey nəzərlərindən qaçır: ən böyük şarlatanlar belə bu tip kişilərə ömrü boyu sədaqətlə xidmət etmək üçün bir şans istəyirlər; ”Bütün qolumu sənə verməyə hazıram, təki sən mənə barmağını uzat...”
Belələri tez-tez nitqlərində ”Bu millət” sözünü işlədir, etirazları çox vaxt içlərində olur və çölə çıxmır.Vətənə xidməti yalnız müharibə olsa, gedib orada ölməkdə görürlər.Onlar dünyanı daha da eybəcərləşdirmirlər, amma daha da eybəcərləşməyinin qarşısını almaq üçün heç bir addım atmırlar. Baxmayaraq ki, eybəcərləşdiyini fikirləşirlər.Onlar pislik etməsələr də,pisliyin qarşısını almaq üçün heç bir cəhd göstərmirlər. Belələri durub sənə yer verməz. Heç “padxod” da eləməz.Buna ehtiyacı da yoxdur.Çünki adətən bu xarakterləri ilə diqqət mərkəzində olarlar. Beləsinə virtual aləmdə rast gəlsən, anketdə ad yerinə ”Sənə nə?!”, ”O sebe": "Tanıyan tanıyır!”, yaxud ”Heç nə!” yazılar.  Tülkü:
Şəxsən mənim ən çox nifrət etdiyim kişi kateqoriyasıdır.Beləsi bəzi xasiyyətinə görə xoruz və çaqqala oxşayır, amma birinci qorxaqlığına,ikinci axmaqlığına, sonuncu  isə əclaflığına söykənir.O adətən qalstukda olar.Oxuyub diplom almaq onun üçun şərtdir.Və tələbə vaxtı varlı bir kişinin qızı ilə tanış olsa, deməli, istəyinə çatıb.Əgər həmin o qıza tələbə vaxtı rast gəlməyibsə, tapana qədər axtaracaqdır. Və nəzərə alsaq ki, axtaran tapar (daha doğrusu, tapanlar axtaranlardır), onda bu baxımdan qızların heç bir şansı yoxdur.O, zamana,məkana,şəraitə,maddı və mənəvi amillərə görə 180 dərəcə altında dəyişə bilər.Yaşlı insanların içində qoy sənə mentalitetdən,böyük-kiçik münasibətindəki ənənələrindən,muğamdan,saz musiqisindən,bugünkü gənclərin korlanmasından danışsın, dindarların yanında əzbərlədiyi bir-iki hədis,ayə və surələrdən danışıb,səsinə xüsusi ahəng verib”Allah bağışlayandır” desin, dinamikayla,adrenalinlə(məsələn Host fanatlarıyla) qarşılaşanda “Afərin uşaqlar! Bax belə,həyatın sürətini tutun!” deyə göz vursun, işinin düşdüyü idarə və təşkilatlarda işləyən qadınlara komplimentlər deyərkən ağzı qulağının dibinə getsin, “blatnoy” məhlə uşaqlarının yanında ”Arvad nədir,evdən çölə çıxdı nədir!” deyib, sarısaç görəndə isə ”Sizin kimi ilahi mələk gərəkdir ki, başa düşən,müasir bir kişi ilə eyni həyatı addımlasın” deyə ağzının suyunu axıtsın, evdə anasının,bacısının üstünə qışqırıb ”Çay gətir!,yemək gətir!” deyib sözün əsl mənasında heyvanlıq edib, blokdan çölə çıxanda gələn qadına irişərək yol verib “Buyurun” desin, sən də bax...
Onunçun mədəniyyət anlayışı budur.Beləsi o qədər saxta olur ki,hər zaman yaxşı görünmək üçün o qədər enerji sərf edir ki, gələcəkdə bu əziyyətin müqabilində istədiyini almasa - və yaxud istədiyini almaq mübarizəsində - hər iki halda onun üzünü görmə! Nə qədər səliqəli görünürsə, bir o qədər iyrəncdir. Nə qədər mülayim görünürsə, bir o qədər qorxuludur.Öz mənafeyi üçün səni keçi qiymətinə satar.Qeybət etməkdə qadınlar onun yanında toya-bayrama getməlidir.Lazımi vaxta qədər özünü köməksiz,yuxarılarda gözü olmayan,təhlükəsiz bir varlıq kimi göstərər.Sən onu ciddiyə almazsan, ”Bundan mənə ziyan gəlməz” deyərsən, amma o, heç gözləmədiyin halda, gözləmədiyin yerdə zərbə vurar. Kimsənin uğurunu həzm edə bilməyəcək qədər paxıldır.Sinsi-sinsi,yavaş-yavaş,başqalarına hiss etdirmədən ən yuxarı mərtəbəyə çıxar və ordan əsl simasını göstərər,sən də baxarsan.Beləsi lazım olan yerdə ağızdolusu vətənpərvərlikdən danışar, amma axtarsan əsgərlikdən qaçmaq üçün ən biədəb xəstəlikləri öz adına yazdırdığını görərsən... Beləsi virtual ünsiyyətdə sənə rast gəlsə, əvvəl mədəni şəkildə salam verər.Sonra ”Tanış olaq?” soruşar. Əgər "yox" desən bu cavabı alacağından əmin ol: ”Niyə? Əşi, olmursan cəhənnəmə ol! Nəsən ki, güya çat qızısanda artıq olmayacaqsan ki”... Müdirinin evinə gedər,süfrəsində oturar,arvadına”bacı”deyib ürəyindən ən erotik səhnələri keçirər... Telefonundan porno əskik olmaz... Onlara çox təhlil aparmaq olar, amma bir söz daha da yaraşır onlara: Kökünüz kəsilsin!.  Kenquru:
Həmin tip kişilərə bu heyvandan da yumşaq və hörmətli ifadə tapa bilmədim.Onlar hər cür fəlsəfədən uzaq,yanlız bacardıqlarını edən,bacarmadıqlarına heç cəhd də göstərməyənlərdir.Sevgi onlara bekarçılıqdan darıxmamaq üçün lazım olur.Qızlar onlar üçun kontur qurtaranda heç vaxt qaytarılmayan kredit mənbəyidir (bambılı qızlar isə bir az yaraşıqlı olan bu kenqurulara kontur verməkdə sanki yarışa girirlər). Yaxşı yemək olsun, qarnı doysun, yaxşı qız olsun, dolanlar boşalsın prinsipi kimi sadə və bəsitdir onların həyat şüarı...
Onun üçun nə vətən, nə millət, o nadan və cahil, o savadsız və gərəksiz, diriykən ölü, lazımsız həşərat! İçindəki enerjini ən yaxşı halda avtoşluğa sərf edər. Bu gün bunlar çoxluq təşkil edir kişilər arasında. O qədər əhəmiyyətsizdirlər ki, heç danışmağa dəyməz...  Canavar:
Və ən nəhayət, az-çox adamlıq iyi gələn heyvan, beşikdə doğulan qurd, böyüməyə imkan tapmayan xırda caynaq, döyüşdən sonra cəmiyyətə lazım olmayan tərk edilmiş ataman! Son nəfəsinə qədər mübarizə aparacaq, əqidəsindən dönməyəcək, öldürəcək və öləcək! ”Bekar qalmısan e!” sözünü qulaqardına vuracaq,təmənnasız xidmət edəcək. Dövlətinə yox, millətinə. Təkcə danışmaqla qalmaz, hərəkət edər. Təkcə eyibləri göstərməklə qalmaz, çıxış yolu göstərər.Həqiqəti demək üçün sərxoş olana qədər içməz. Beləsini gündüz çıraqla gəzsən, bəlkə taparsan. Çünki dediyim kimi, onlar beşikdəcə boğulan balaca qurdlardır! Beləsi virtualda sənə rast gəlsə...Yox, o, sənə çatda rast gələ bilməz, çünki onun yeri çat deyil. Əgər axtarsan, mübarizə, münaqişə, müharibə zonalarından taparsan...
Vəssalam...


Baxış: 430


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15048)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14529)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13834)
PLATONYA
platonyaadasi.kitabxana.net (8116)
Nəriman
sungurlar.kitabxana.net (4359)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə