İceberg yaziları

Ədəbi tənqid


 

 

◊ Sonuncu vaqona minmə, ay kişi!

  Şərh göndərin 04.09.2016 19:25

Amma bir millət olaraq, qadınlar üçün vəbalı insanlar kimi müəyyən ərazi yaratmaqla biz əslində necə binamus olduğumuzu boynumuza almış oluruq. Yəni bu qədər acizləşmişik? Bu qədər bivecləşmişik? Ay millət, kişi qadını narahat edirsə, kişini tərbiyə etmək lazımdır, qadını təcrid etmək yox!

Baxış: 60


◊ "Adel" sindromu

  Şərh göndərin 04.09.2016 19:22

Bəs bu Adel nə etdi? Evdən qaçdı, sevdiyi o kişinin, bir qadının sərsəm dərəcəyə çatan sevgisindən qorxan o “kişinin” arxasınca qaçdı. Ölkələri diyar-diyar, qarış-qarış gəzdi, isti yemək yemədi, yumşaq yataqda yatmadı, təmiz paltar geyinmədi, küçələrdə gecələdi, bir hərbiçinin arxasıyca düşüb ölkələr gəzəcək qədər dəlicəsinə sevdi. Dəlixanalara düşdü, təhqir olundu, rədd edildi, ələ salındı, yazıq kimi baxıldı, dəli kimi baxıldı, hər cür hoqqadan çıxdı, hər cür hoqqaya dözdü, bir sevgiyə görə. Dəyərdimi? Axırı nə oldu?

Baxış: 64


◊ İçimizdəki "Fatmanisə"

  Şərh göndərin 04.09.2016 19:20

 Yolda uşaq diləndirən ana görən neçə nəfər gəlib evdə onu müzakirə edib? Bəs sevgilisinin qoluna girib gedən qonşu qızını pəncərədən izləyib evdə müzakirəsini açan neçə nəfərik?



Baxış: 60


◊ Da Vinçinin sirləri

  Şərh göndərin 18.08.2015 00:00

“Da Vinçinin şifrəsi”ni oxuduqdan sonra məndə belə bir sual yarandı ki, "Niyə onun əsərlərinə digər rəssamların çəkdiyi əsərlər kimi yanaşıb, sadəcə sənətkarlıq tərəflərini araşdırmırlar? Niyə israrla sirli bir şeylər tapmaq ümidi ilə bir əsəri baş-ayaq çevirib analiz edirlər? Amma Leonrado Da Vinçinin rəsm əsərlərinə diqqətlə baxdıqdan sonra mənim özümdə də bu şəkillərin analizinə böyük maraq yarandı və başa düşdüm ki, bu tədqiqatçıların günahı deyil, Vinçinin əsərlərində bir epidemiya var, sanki bir baxan xəstəliyə tutulur. Əvvəlcə rəssamın həyatı və yaşadığı dövr haqqında:

Baxış: 242


◊ "Min möhtəşəm günəş"

  Şərh göndərin 17.08.2015 23:50

i gün əvvəl Əfqanıstana getdim. Daha doğrusu, mən oraya gedəndə 1970-ci illər idi. O vaxtdan ta 2002-ci ilə qədər, hətta bir az da artıq orada qaldım. Orada doğuldum, uşaq oldum, yeniyetmə oldum, əslində yox, olmadım. Nə uşaq oldum, nə yeniyetmə, nə gənc. Sadəcə qadın oldum. Qadın olduğum üçün də bunların heç birini yaşaya bilmədim. Adım Məryəm oldu, Leyla oldu...

Baxış: 200


◊ "Gürcü familiyası"

  Şərh göndərin 17.08.2015 23:46

İnsanın keçmişdə ilişib qalması çox çətindir, acınacaqlıdır. İnsan sanki aciz olur, çarəsiz olur o keçmişin əlində. Nə birdəfəlik ondan qopa bilmir, nə irəliyə addım ata bilmir, nə də keçmişdə yaşaya bilmir. Keçmiş özü həmişə yaşayır, o sabitdir, mövcuddur, amma eyni zamanda sənə bir xeyri yoxdur. Eyni zamanda zaman gedir, baxmayaraq ki, keçmiş dayanıb yanında səndən qopmur, fikirləşirsən ki, hər şey dayanıb amma əslində o gedir, dayanan sənsən. Həyat davam edir, sən isə bir səhifədə ilişib qalmısan.

Baxış: 193


◊ birinci hissə

  Şərh göndərin 04.05.2015 23:23

jkvljfılkbı

Baxış: 198


◊ Sevgi iksiri-Napoleon və Jozefina

  Şərh göndərin 04.05.2015 23:08

Napoleon tarixə təkcə balaca boyu, böyük iddiası, inanılmaz iradəsi, sərkərdəlik və liderlik qabliyyəti, haqqındakı saysız-hesabsız rəvayətləri ilə deyil eyni zamanda Jozefina ilə olan sevgisiylə də yazılmışdır. Onlar yaşadığları dövrdə bir-birlərinə rast gəlməsəydilər belə, xarakter və tale cəhətdən bir-birlərini çox tamamlamış iki şəxsiyyət olardılar.

Baxış: 272


◊ Sevgi iksiri-Puşkin və Natalya

  Şərh göndərin 04.05.2015 23:05

Puşkin və Natalya münasibətlərində, daha doğrusu Puşkinin ölümündə dünya indiyə qədər ikiyə bölünüb: Natalyanı günahkar bilənlər, Natalyanı qurban bilənlər. Əsl cavabı isə yəqin ki heç vaxt heç kim bilməyib, bilməyəcək də... Ilk öncə onlarının ikisinin də formalaşdığı mühitə, aldıqları tərbiyəyə, həyatdakı ideallarına, məqsədlərinə və evlənərkən gözlədikləri mənfəətlərə nəzər salmaq lazımdır, nəticəni isə hər kəs müstəqil fikrinə görə verər...

Baxış: 238


◊ Kişilər və heyvanlar

  Şərh göndərin 11.12.2014 22:49

Adətən qadınlar haqqında deyilir bu cümlə: ”Bənzərsiz məxluqlar”. Düz də deyilir.Çünki bənzəyən kişilərdir.Hər zaman onları hansısa məxluqa oxşatdığımın fərqinə varırdım,amma nəyə?Bax bunu tapa bilmirdim. Nəhayət tapdım; Kişilər - bütün hörmətimlə - heyvanlara oxşayır... Bax, bu an”Heyvan özünsən!” deməyə tələsməyin, çünki bu heyvanların içində çox sevimliləri də var..

Baxış: 431


1 2 3 4 5



Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15061)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14529)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13834)
PLATONYA
platonyaadasi.kitabxana.net (8116)
Nəriman
sungurlar.kitabxana.net (4359)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə